Şəfəqə Doğru » Gündəm » “Əlilliyi haqsız ləğv edilmiş insanların əlilliyini bərpa etmək lazımdır”

“Əlilliyi haqsız ləğv edilmiş insanların əlilliyini bərpa etmək lazımdır”

“Əlilliyi haqsız ləğv edilmiş insanların əlilliyini bərpa etmək lazımdır”
"Qazilərin əlilliyinin müəyyənləşdirilməsi sahəsindəki problemlərin həlli sürətləndirilməlidir"
 
Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin iyunun 8-də  keçirilən növbədənkənar iclasında  "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununda dəyişikliklə bağlı çıxışında bildirib. edilməsi barədə məsələyə münasibət bildirərkən deyib.
 
Əli Məsimli sözügedən məsələyə bildirib ki, "əlilliyin müəyyən olunması ilə bağlı dəyişikliklər  630 mindən çox insanın taleyini əhatə edir. Konstitusiyamızın 38-ci maddəsinə görə hər kəs əlilliyinə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Amma bu məsələ ilə bağlı xeyli problemlər var. Ona görə də deputat sual edib ki,”əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununda nəzərdə tutulan dəyişikliklərin edilməsi, əlilliklə bağlı məlum problemlərin aradan qaladırılmasına kömək edəcək, yoxsa yeni problemlər yaradacaq?
 
Əli Məsimli əlilliyin təyinində yeni yanaşmaların tətbiqində əlillərin mənafeləri əsas götürülməsinin vacibliyindən danışarkən bildirib ki, qanununda nəzərdə tutulan dəyişikliklər əlilliyin müəyyən edilməsinin yeni meyar və qaydalarını müəyyən edir.Yeni qaydaya görə əlilik müəyyən edilərkən orqanizmin funksiyalarının 30 faizə qədər itirilməsi zamanı əlillik təyinatı aparılmayacağına istinaq edərək,millət vəkili  bildirib ki,”burada əsas məsələlərdən biri  qənaət rejiminin daha da gücləndirilməsidir.” Deputat bu məsələ ilə əlaqəli digər bir sual da qaldırıb ki,”orqanizmin funksiyalarının 30 faizə qədər itirilməsi zamanı əlillik təyinatının aparılmaması və deməli əlillik üçün pensiya və ya müavinət verilməməsi nə qədər qənaətə gətirib çıxaracaq? Əli Məsimli əlavə edib ki, belə qənatdənsə, korrupsiyaya, monopoliyaya,məmur özbaşınalıqlarına qarşı mübarizəni gücləndirməklə bundan qat-qat artıq vəsaitə qənaət etmək olar. 
 
Əli Məsimli vurğulayıb ki,əlilllərin çoxu 200 manatdan az, xeyli hissəsi isə 200 manat ətrafında müavinət və pensiya alırlar. Öna görə də bu kateqoriyadan olan əhalinin həm də daha çox o maraqlandrır ki, bu dəyişikliklər əlillərin müvainətinə necə təsir edəcək?”.
 
Əli Məsimli bildirib ki, əlilliyin müəyyənləşdirilməsində elektron sistem tərbiq olunur, amma bu proqam mükəmməl olmadığına görə, bir sıra əlavə problemlər yaradır.Bu özünü əliliyi ləğv olunan şəxslərin bir hissəsinin timsalında daha aydın göstərir:
 
"Əgər əlilliyi ləğv olunan şəxslər 7 nəfər və ya 700 nəfərdirsə, bunun günahının daha çox hissəsini  onların öz boynuna qoymaq olar. Amma bu say 7000 nəfər və daha çoxdursa, burada birbaşa daha çox Səhiyyə Nazirliyi və Əmək Nazirliyi məsuliyyət daşıyır.Həm də saxta əlilllik belə çoxdursa, deməli bu qurumlar hələ tam şəkildə bir-birinə inanmırlar.Xalq isə o nazirliklərin heç birinə inanmır. Əhalinin bu qurumlara  inamını bərpa etmək üçün əlilliyi haqsız ləğv edilmiş insanların əlilliyini bərpa etmək, xüsusi səyyar komissiyalar yaratmaq, məsələni yerindəcə operativ həll etmık lazımdır.” 
 
Sonda Əli Məsimli bildirdi ki, müharibənin bitməsindən 7 ay keçməsinə baxmayaraq  hələ də qazilərin əlilliyinin müəyyənləşdirilməsi məsələsindəki  problemlər tam aradan qaldırılmayıb və bu sahədə olan problemlərin həlli sürətləndirilməlidir.