Şəfəqə Doğru » Gündəm » “Ordunu Əfqanıstandan çıxarmaq səhvdir, qadınları öldürəcəklər. – Corc Buşdan etiraz

“Ordunu Əfqanıstandan çıxarmaq səhvdir, qadınları öldürəcəklər. – Corc Buşdan etiraz

“Ordunu Əfqanıstandan çıxarmaq səhvdir, qadınları öldürəcəklər. – Corc Buşdan etiraz
ABŞ-ın sabiq prezidenti Corc Buş Amerika və NATO ordularının Əfqanıstandan çıxarılmasını tənqid edib.

Shafaqadogru.com  bildirir ki, alman telekanalı "Deutsche Welle”-ə müsahibəsində Buş deyib ki, bunun nəticələri ağlagəlməz dərəcədə pis olacaq.

Onun sözlərinə görə, əfqan qadınları və qızlarına böyük pislik edəcəklər. "Bu səhv qərardır. Onları sadəcə atıb gedirlər ki, çox qəddar adamlar gəlib öldürsünlər”.

Qeyd edək ki, ABŞ ordusu 2001-ciildə prezident Corc Buşun qərarı ilə Əfqanıstana müdaxilə edib. Nyu-Yorkda "ekiz qüllələr”də terror aktından sonra ABŞ bu ölkəyə daxil olub.