Şəfəqə Doğru » Gündəm » “Rusiyanın İrəvana silah verməsi onun suveren hüququdur” - Zaxarovanın erməni sevgisi...

“Rusiyanın İrəvana silah verməsi onun suveren hüququdur” - Zaxarovanın erməni sevgisi...

“Rusiyanın İrəvana silah verməsi onun suveren hüququdur” - Zaxarovanın erməni sevgisi...
"Rusiyanın Ermənistana silah verməsi onun suveren hüququdur”.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri RF XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün jurnalistlər qarşısında söyləyib. Mariya Zaxarova əlavə edib ki, " Rusiyanın həm Azərbaycanla, həm də Ermənistanla müvafiq qarşılıqlı əlaqələri mövcuddur”. 
 
P.S. Mariya Zaxarova onu unudub ki, Rusiya silahlı qüvvələri sülhməramlı adı altında Azərbaycan ərazisində müvəqqəti yerləşiblər, bu isə Rusiyanın suveren hüququ deyil, Azərbaycanın icazəsilədi. Və Rusiya sülhməramlılarının ədalətli hakim rolunda olması üçün bir tərəfi silahlandırması tutduğu missiyaya uyğun deyil. Rusiya bir tərəfi silahlandırırırsa, deməli sülhməramlı deyil. Guya bölgədə balans yaratmaq məqsədilə silahlandırma aparıldığını deyən Zaxarovanın, daha doğrusu Rusiyanın nəzərinə çatdırmaq lazımdır ki, o zaman Azərbaycan torpaqlarını tərk edin və biz ərazi bütövlüyümüzü bərpa edirik. Balansı hər zaman yarada bilərsiniz, indiki halda isə silahlandırma Ermənistanı revanşa hazırlamaq deməkdir.