"Əldə etdiyimiz məlumata görə, kosmosda süni peyki olan ölkələrdən birinin nümayəndələri erməni müxalifətinin bəzi dairələri ilə əlaqə saxlayaraq onlara Ermənistanla bağlı bir neçə peyk video-yazısı təklif edib”.
Moderator.az xəbər verir ki, bu cümləni bu gün səhər saatlarında qəsbkar Ermənistanın "Qraparak” nəşri yazıb.
"Aralarında 44 günlük müharibənin bütöv video-yazısı var. Həmin video müşahidə edildikdə Azərbaycanın 44 gün ərzində hansı döyüş taktikalarını aparması və Ermənistanın necə uduzması barədə aydın təsəvvür yarana bilər. Müxalifət nümayəndələrinin həmin təklifə nə cavab verdiklərini öyrənə bilmədik”- deyə erməni nəşri sonda yazır.