Qazaxda şəhidin adına inşa edilən bulağın açılışı oldu.
- Tarix: 14-sen-2021, 16:30 - Bölmə: Manşet - Baxış sayı: 71

  

 

    Bu gün Qazax  şəhərinin mərkəzi küçəsində Qazax rayon icra başçısının rəhbərliyi  və təşəbbüsü ilə Fizuli şəhəri isdiqamətində gedən agır döyüşlərdə qəhramancasına vuruşaraq, şəhid omuş ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən ugrunda ",”Döyüşdə fərqlənməyə görə" və "Fizulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş, Veyisli Xaliddin Zərgər oğlu adına inşa olunmuş bulagın təntənəli açılışı olub. Açılışda rayonun idarə və təşkilat  rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimayyəti   iştirak edib.

 

 

Qazaxda şəhidin adına inşa  edilən  bulağın açılışı oldu.
Qazaxda şəhidin adına inşa  edilən  bulağın açılışı oldu.

  

Rayon icra başçısı  Rəcəb Babaşov açılışda  çıxış edərək, ölkə prezidentinin rəhbərliyi  altında şəhid ailələrinə və qazilərə göstərilən xususi hörmət və qayğıdan danışıb.

  Bulağın açılış tədbiri  şəhidin (40) qırx yaşının tamam olduğu gün  gerçəkləşdirilib və rayon içtimayyəti tərəfindən rəğbətlə qaşılanıb.

 

  Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 


                                                                               

Neymət Novruzlu.


Oxşar xəbərlər