"Rusiya Ermənistana silah təchizatı üzrə öhdəliklərini yerinə yetirir". Bunu avqustun 10-da Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında erməni jurnalistin Ermənistana və Azərbaycana silah satışı ilə bağlı sualına cavab verərkən deyib
Shafaqadogru.com virtualaz.org-a istinadən bildirir ki, Putin suala cavab olaraq deyib: "O ki qaldı silahlara, bizim Ermənistanla iş proqramımız var. Ermənistan KTMT üzvü və müttəfiqimizdir, bizim qarşılıqlı öhdəliklərimiz var və Rusiya hər zaman öhdəliklərini yerinə yetirir".
Rusiyanın dövlət başçısı əlavə edib ki, müasir silah bazarında istənilən ölkə praktiki olaraq istənilən silahı əldə edə bilər. "Deyək ki, Azərbaycan kimi bir ölkə - sürətlə inkişaf edən iqtisadiyyata malik neft hasil edən, kifayət qədər irihəcmli qızıl-valyuta ehtiyatlarına malik olan ölkə, əlbəttə ki, silahları istədiyi yerdən ala bilər", - Putin bildirib.