Cəmiyyəti talan etmək bütöv bir xalqın mənəviyyatını yox etməkdir.Qəzetimizin bir neçə sayında bu barədə tənqidi yazılar vermişik.Amma nə faydası .Çünki bir faydası olsaydı ,Poylu Gömrük Postunda vəziyyət ürək açardı. Bir postda ki,Azərbaycanı iki yerə bölən sərhədçilər durur.,daha nədən danışasan ki...
Poylu Gömrük Postunun ətrafında –Kürün bu tərəfində 10 kənd var. Bu postun sərhədçiləri o kəndin insanlarına qənim kəsiliblər.Burada sual olunur: bu postda sərhədçilər hansı səbəbə dayanırlar,məqsədləri nədir?Onlar kimi kimdən qoruyurlar?Yollar dəmir borularla kəsilib,10 kəndin –Sadıxlı,Böyük Kəsik,Ağgöl ,Köçvəlli və s sakinləri əkdikləri kənd təsərüfatı məhsullarını rayon mərkəzinə aparmaq istəsələr də buna nail ola bilmirlər.Poylu Gömrük postunda onların başlarına elə oyun açırlar ki,əkin əkməyə peşman olurlar.Guya sənəd tələb edirlər,bu adla polis bir tərəfdə sərhədçi bir tərəfdən ,gömrük də bir tərəfdən ,yazıq sakinlər də başa düşə bilmirlər ki,bu adamlar onlardan nə istəyir.Onlara elə gəlir ki,ölkənin sərhəddi məhz Poylu Gömrük Postundan başlayır.Belə çıxır ki,kəndli öz məhsulunu satmağa aparmaq üçün polisə,sərhədçiyə,gömrükçüyə vəs.haqq ödəməlidir?
Açığı belə qənaətə gəlmək olar ki,Poylu Gömrük postu ölkəni iki yerə bölmək məqsədi güdür.Postda yaşanan heqativ hallar bu fikri deməyə əsas yaradır. Bu həmdə Gürcü tərəfə siyasi yön verir...
Dəmir yol stansiyalarının da aqibəti eynən belədir.Böyük kəsik ,Şəkərli Poylu və s. Stansiyalarında gömrük işi elə qurulub ki,bir quş belə haqq vermədən uça bilməz ,yoxsa qanadlarını elə qırarlar ki,cikkiltisi Allaha çatar.
Təbbi ki ,aidiyyatı sturukturlar bu məsələlərə göz yumduqları üçün sakinlər bu qanunsuzluqları birbaşa cənab Prezidentin nəzərinə çatdırırlar və həmin postların ləğvi barədə xahişləri bəyan edirlər.Deyirlər ki,sərhədçi sərhəddə durmalıdır,gömrük postunda onun nə işi var?
Bu yandan da ərz edirlər ki,Tovuz gömrüyünü rayon Gömrük idarəsinin sədri Mehman Sadıqov özzələşdirib Köməkcisi əmisi oğlu Yaşar Sadıqov ,Qırmızı Sınıq Körpü keçid məntəqəsində Xalqı Sadıqov ,növbə rəisi əmisi oğlunun kürəkəni Kamil Əsgərov ,xalası oğlu ,yol vergilər şöbəsinin rəisi Azər Məmmədov (işçilər arasında Azik ləqəbi qazanıb)və əlavə digər qohumları və dostları aidiyyatı məsələ üzrə fəallıq göstərir,Mehman Sadıqovun bütün göstərişlərinə can –başla riayyət edirlər.Buna görə də onların ``kuruqu``bu qədər sərt və keçilməzdir.
Hələ o vaxtlar !998-ci ildə umumumilli lider Heydər Əliyev iclasda Dövlət Sərhəd Xidmətinin rəisi general Abbasəli Novruzovu danlamışdı ki,vətəndaşlar səhəd–keçid məntəqələrində incidilməməlidir.Cənab İlham Əliyevində bu barədə müvafiq tələb və göstərişləri var.Lakin Poylu Gömrük Postunda ölkə prezidentinin tapşırıqları o qədərdə önəm kəsb etmir,orada M.Sadıqovun özünün qanunları işləyir.
Poylu Gömrük postunda vətəndaşların incidilməsi və buna bilərəkdən göz yumulması gec-tez sosial partlayışa səbəb olmazmı?Məgər bunu M.Sadıqov bilmir?
Üstəlik ,Poylu Gömrük Postu Gürcülərlə münasibbətdə problemə yol açır;vəziyyət elə bir hal alıb ki,gürcülər Şəkərliyə qədər bizim ərazimizdir,- deyirlər. Belə çıxır ki,Poylu Gömrük Postunda dayananlar ərazini gürcülərdən qoruyurlar?Vallah,bişmiş toyuğun gülməyi gəlir.
Biz də hələlik gülürük .
Amma ...
Nə isə ,məsələyə yenidən münasibət bildirəcəyik.