Günorta saatlarında Bakının Qaradağ rayonunda "Azərişıq” ASC-yə məxsus tikilidə yanğın hadisəsi baş verib.
Shafaqadogru.kom Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə ümümi sahəsi 40 m² olan 4 otaqdan ibarət tikilinin içərisində yerləşən gücü 6 kVt olan transformatorun yağı və sarğıları, 2-ci otaqda yerləşən kabellər 50 p.m yanıb.
Yanğından tikili, 1 ədəd transformator və kabellər mühafizə olunub. Yanğın saat 12:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.