Avqustun 18-i İstanbulda silahlı hücuma məruz qalaraq dünyasın dəyişən Rövşən Lənkəranskinin dünən doğulduğu Lənkəran şəhərində 3 mərasimi keçirilib.
Shafaqadogru.com Qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur avtoritetin dəfnində xüsusi izdiham olsa da, qanuni oğrulardan heç kim qatılmamışdı.
Məlum olub ki, dünən və bu gün Lənkəranskinin ata ocağını avtoritetlər ziyarət edib.
Hətta Lənkəranskinin məzarının başında da lotuların əsas simvolu hesab edilən "Səkkizgüşə"li çələnglər yer alıb.
Hazırda da Rövşən Lənkəranskinin evinin qarşısında avtoritetləri gətirən bir neçə maşının olduğu bildirilir.
Həmin kadrları təqdim edirik: