Şəfəqə Doğru » Gündəm » İrəvanda tələbələr Paşinyana qarşı aksiya keçirir

İrəvanda tələbələr Paşinyana qarşı aksiya keçirir

İrəvanda tələbələr Paşinyana qarşı aksiya keçirir

Bir qrup erməni tələbə İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyana qarşı aksiya keçirib.

 

Shafaqadogru.com  xəbər verir ki. bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Aksiyaya bir neçə universitetin tələbələri qoşulub.

 

Onlar "Ayağa qalx, tələbə, gələcəyini xilas et", "Stop Nikol” kmi şüarlar səsləndiriblər.

 

Aksiya iştirakçıları tələbələri saat 18:30-dan etibarən Yerevanın mərkəzində keçiriləcək etiraz aksiyalarına qoşulmağa çağırıblar.

 

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bir neçə səs-küylü bəyanatından sonra etiraz fəallığında artım baş verib.