Şəfəqə Doğru » Gündəm » “Putin nə Stalin, nə də Hitlerdir, onlardan daha təhlükəlidir” - Baş nazir

“Putin nə Stalin, nə də Hitlerdir, onlardan daha təhlükəlidir” - Baş nazir

“Putin nə Stalin, nə də Hitlerdir, onlardan daha təhlükəlidir” - Baş nazir

"Rusiya lideri Vladimir Putin İosif Stalin və Adolf Hiterdən daha təhlükəlidir”.

Shafaqadogru.com  xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.

"Daily Telegraph” qəzetinə müsahibə verən Moravetski Putinin "qorxunc ideologiyası” ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

"Putin nə Hitler, nə də Stalindir. Təəssüf ki, daha təhlükəlidir. Putinin ixtiyarında nəinki ölümcül silahlar var, həm də təbliğatını aparmaq üçün medianı da əlində saxlayır”, - baş nazir vurğulayıb.

Putinin "Russkiy Mir” ("Rus Dünyası”) ideologiyasının bütün Avropa üçün ölümcül təhlükə olduğunu deyən Moravetski beynəlxalq ictimaiyyəti dərhal Ukraynanı onun təsir dairəsindən çıxarmağa fokuslanmağa çağırıb.

Moravetski həmçinin Ukraynanın müttəfiqlərinə hərbi dəstək verməkdən daha çox şey etməyə çağırış edib.