Şəfəqə Doğru » Gündəm » Mədəniyyət və turizm idarələri yerli icra strukturlarının siyahısından çıxarıldı.

Mədəniyyət və turizm idarələri yerli icra strukturlarının siyahısından çıxarıldı.

Mədəniyyət və turizm idarələri yerli icra strukturlarının siyahısından çıxarıldı.
Prezident İlham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişik edib.Shafaqadogru.com AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı yeni fərmanla "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişiklik edilib: 1. 4.12.7-ci yarımbənd ləğv edilsin. 2. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 1-ci bəndindən "Mədəniyyət və Turizm Nazirliyinin,” sözləri çıxarılsın. Qeyd edək ki, bir müddət əvvəl ölkə başçısının imzaladığı sərəncamla yerli mədəniyyət və turizm idarələri ləğv edilib və onların yerinə regional idarələr yaradılır.