Şəfəqə Doğru » Gündəm » Vəzifəli şəxsin maşını yanıb-"Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur"

Vəzifəli şəxsin maşını yanıb-"Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur"

Vəzifəli şəxsin maşını yanıb-"Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur"

“Yaşadığım evin yaxınlığında mənə aid olan avtomobil yanıb. Hazırda araşdırma gedir, yanğının necə olduğu barədə dəqiq məlumat yoxdur”.

Bu barədə Oxu.Az saytına açıqlamasında Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədov məlumat verib.

O bildirib ki, nəqliyyat vasitəsi rəsmi olaraq oğlunun adına olsa da, özü idarə edirdi:

“Hadisə dünən axşam saatlarında Sumqayıtda, 6-cı mikrorayon ərazisində, yaşadığımız evin yaxınlığında olub. Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.