Rusiya Qərbin Ukraynaya dəstəyinin yalnız silah təchizatı ilə məhdudlaşacağını gözləməməlidir.
Bunu Fransa Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi general Tierri Burkard bildirib.
Burkard Parisdə NATO-ya bu yaxınlarda qoşulmuş İsveç Silahlı Qüvvələrinin baş komandanı, general Mikael Büdenlə görüşdən sonra deyib ki, müharibə Rusiya hücumu dayandırdıqda bitəcək:
"Putin əməliyyatını Qərbin heç vaxt Ukraynaya girməyəcəyi, sadəcə olaraq silah tədarük edəcəyi fikri ilə əsaslandırıb. Biz ona göstərməliyik ki, o, bu məntiqdən istifadə edə bilməz, çünki bu fikir səhvdir".
General bildirib ki, Ukraynadakı müharibə hamını narahat edir, çünki onun nəticələri narahat edir.
"Ona görə də avropalılar yaxın onillikdə Avropanın təhlükəsizliyini təmin etmək üçün riskə getməyi bacarmalıdırlar”, - deyə fransız general vurğulayıb(modern.az).