İngiltərədə ötən həftə keçirilən parlament seçkilərdə İşçi Partiyasından İcmalar Palatasına deputat seçilən türk əsili Nesil Çalışkan dünya mediasının gündəminə çevirlib.
O, bu gün Qurani-Kərimə əl basaraq and içib və vəzifəsinin icrasına başlayıb.
Məlumata görə, həmin anın görüntüləri İngiltərə daxil, Avropanın bir çox ölkələrinin mediası ilə sosial şəbəkə seqmentində böyük maraq oyadıb.
Xatırladaq ki, Nesil Çalışkan uzun illərdən sonra parlamentə daxil olan ilk Kipr türk əsilli millət vəkili olub. O, Barking bölgəsindən səslərin təxminən 45 faizini, rəqəmlə ifadə etsək, 6 min 227 səs toplayıb.
Onu da qeyd edək ki, İşçi Partiyasının deputat seşçiən digər müsəlman qadınlar - Şabana Mahmud və Naz Şah da Qurana and içiblər (mia.az).