Şəfəqə Doğru » Gündəm » Prezident İlham Əliyev olimpiadada medal qazanan idmançılarımıza pul mükafatı təsis edib

Prezident İlham Əliyev olimpiadada medal qazanan idmançılarımıza pul mükafatı təsis edib

Prezident İlham Əliyev olimpiadada medal qazanan idmançılarımıza pul mükafatı təsis  edib

Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatlar müəyyən edilib.

AZƏRTAC xəbər verib ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

Birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat;

İkinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

Üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.