Şəfəqə Doğru » Gündəm » Antisanitariya şəraitində tum qurudulur - Ağstafa yollarında məsuliyyətsizlik yoxsa "təmənnalı gözyumma"?

Antisanitariya şəraitində tum qurudulur - Ağstafa yollarında məsuliyyətsizlik yoxsa "təmənnalı gözyumma"?

Antisanitariya  şəraitində  tum qurudulur - Ağstafa yollarında  məsuliyyətsizlik yoxsa "təmənnalı gözyumma"?

Bir  necə gün əvvəl Ağstafa ərazisində avtomobil yolları üzərinə tum dənələri qurudulmasına dair redaksiyamıza daxil olan məlumat əsasında, redaksiya   tərəfindən bölgəyə ezam edilmiş müxbir şahidi olduğu  mənzərədən sonra iddiaların əsassız  olmadığına əminlik yaradıb. Belə ki, Ağstafanın Zəlimxan kəndi  yaxınlığında, asfaltlanmış avtomobil yolu  üzərində,  quruması üçün  yerə sərilmiş  tumları görməmək mümkün sayılmaz. Müxbirin haqlı olaraq, qarşılaşdığı  bu anti-sanitar mənzərəni video və fotolentə almasıyla istənilən şəxsin görə və  anlaya biləcəyi bu qeyri-sağlam vəziyyət ciddi narahatlıq  yaradır. Az  qala  kilometrə yaxın bir  məsafədə  avtomobil yolu üzərinə səpilmiş  tum dənələri hansısa sahibkara və ya  hansısa şirkətə  aid  ola bilər. Ancaq, onların öz  məhsullarını bu  şəkildə qurutmağı və satışa hazırlamaları dərin sağlıq problemlərini də öz  yanında  gətirməkdədir. Təsəvvür  etmək çətin deyil ki, belə bir şəraitdə tədarük edilən  tumlar bu dövr ərzində hər  cür mikrob  və digər ətraf  mühitdəki  qorxulu bakteriyalara bulaşa bilərlər və  satışa çıxarıldıqdan sonra  bunun nəticəsi ölkə  əhalisi  üçün ağır sağlamlıq problemi yarada bilər. 

Bəs bu qorxuducu anti-sanitar  vəziyyətlə  bağlı rayondakı (və ya  regiondakı) məsul  idarələrin xəbəri yoxdurmu? Regionda fəaliyyət  göstərən Regional  Qida  Təhlükəsizliyi Agentliyinin əməkdaşları günlərlə çəkən bu təhlükəli  tədarük prosesindən bixəbərdirlər? 

  Doğurdanmı bir  kəndi rayona bağlayan, belə bir  uzunluqda asfalt  yol üzərinə səpilərək həm də avtomobillərin və digər  nəqliyyat vasitələrinin qarşılıqlı  hərəkətinə maneə yaradan bu haldan rayondakı DYP əməkdaşlarının xəbəri  yoxdur?  Əgər varsa ( ki, olmaması mümkün deyil) hansı səbəbdən bu vəziyyət  haqqında təcili  tədbirlər  görülməyib? 

Açıq və aşkar görünən bu narahatedici hal barədə  yerli sakinlərlə  söhbət  edilərək  onların bəzilərinin fikirləri öyrənilib. Bəzi  sakinlərin səsləndirdiyi iddia budur ki, tum dənələrinin yolda qurudulmasına  DYP Ağstafa bölməsinin  rəisi Ruslan Zalov tərəfindən  "xüsusi icazə"  verilib. İddialara görə,  sözügedən  biznesə verilən "dəstək" sahibkarlar  tərəfindən təqdirlə qarşılanır və verilən həmin "xüsusi icazə" sahibkarlar tərəfindən qarşılıqsız  buraxılmır. Danşılanlar doğrudursa, deməli, "əl əli yuyur, əl də üzü". Olan isə istehlakçıya olur. 

"ŞəfəqəDoğru" redaksiyası olaraq mövzuyla bağlı məsul qurumlara ünvanlanan sorğunun nəticəsində yuxarıda  yazdığımız qeyri sağlam və anti-sanitar vəziyyətin əslində bir iş  diqqətsizliyimi yoxsa  təmənnalı göz yummaq olub-olmadığını aşkarlamağa  çalışacağıq. Təbii ki, bəzilərinin  peşə fəaliyyətlərindəki etinasızlığı sorğulara cavab verməkdə də özünü  göstərməzsə.


Qeyd: Redaksiya yazıda adı çəkilən bütün  şəxslər və təşkilatların mövqeyini dərc  etməyə hazırdır.