Şəfəqə Doğru » Gündəm » “Heç bir məyusluğum yoxdur” - Mayıs Bərxudarov

“Heç bir məyusluğum yoxdur” - Mayıs Bərxudarov

“Heç bir məyusluğum yoxdur” - Mayıs Bərxudarov

Dünən xəbər verildiyi kimi, II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

 “Gununsesi.info” saytı Mais Bərxudarovla əlaqə saxlayaraq onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən M. Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi?” sualına gəlincə, general-leytenant “Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”, - cavabını verib.