Zərdabda balıqçı faciəvi şəkildə ölüb.
“Qafqazinfo”-nun xəbərinə görə, rayon sakini Murad Cümşüdlü Zərdab rayonu ərazisində balıq tutarkən bədbəxt hadisə ilə üzləşib.
Belə ki, o, su kanalına yıxılaraq boğulub.
Bildirilir ki, vəfat edən şəxs Tərtər RQİİ-nin Zərdab rayon Qaz idarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.
Faktla bağlı araşdırma aparılır.