“Yunanıstan da iqlim dəyişikliyi ilə üzləşən ölkədir. Biz başa düşürük ki, həm iqlim keçidini sürətləndirməli, həm də eyni zamanda adaptasiya tədbirlərinə daha çox diqqət yetirməliyik”.
Bunu jurnalistlərə açıqlamasında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.
Aralıq dənizi ölkəsindən gəldiyini vurğulayan Baş nazir qeyd edib ki, ölkəsi həmişə bu cür tədbirlərə optimist yanaşır: “Çünki bu gün də iqlim böhranı bizimlədir. Söhbət təkcə 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdan getmir. Bu, həmçinin 2024-2025-ci illərdə vətəndaşlarımızı qorumaq məsələsidir”//qafqazinfo