Şəfəqə Doğru » Gündəm » Təbii qazın da qiymətləri dəyişdirildi-TARİF ŞURASIndan qərar

Təbii qazın da qiymətləri dəyişdirildi-TARİF ŞURASIndan qərar

Təbii qazın da qiymətləri dəyişdirildi-TARİF  ŞURASIndan qərar

Təbii qaz üçün tariflər bu gündən yeni qayda ilə hesablanır

Tarif Şurasının yaydəğə məlumata  görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat" ASC, SOCAR, "Azenerji" ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.

Tarif Şurasından bildirilib ki, ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.

Bu gündən təbii qaz üçün tariflər bu cür hesablanır:

Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib.

Əhali üzrə illik istehlak həcmi:

- 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

- 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

- 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin ortaaylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.

- 48% abonent üzrə - 32 qəpik,

- 39% abonent üzrə - 1 manat 43 qəpik,

- 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.