Şəfəqə Doğru » Gündəm » Dəmir parçası ilə döyülən qadın xəstəxanada ölüb

Dəmir parçası ilə döyülən qadın xəstəxanada ölüb

Dəmir parçası ilə döyülən qadın xəstəxanada ölüb

Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb.

Bu barədə “Qafqazinfo” saytına  Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, 1958-ci il təvəllüdlü (qadın cinsli) şəxs yanvarın 5-i saat 21:30 radələrində Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, bu gün saat 08:00 radələrində onun ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb. 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət  yetirmişdi.