ABŞ hökuməti hərbi yük təyyarələrindən istifadə edərək qeyri-qanuni miqrantları Hindistana deportasiya edib.
Bu barədə mənbələrə istinadən “Reuters“ məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, miqrantları daşıyan C-17 tipli ABŞ hərbi yük təyyarələri Hindistana uçub və təyyarələr 24 saatdan tez olmamaqla Hindistana çatacaq.
Qeyd edilir ki, ABŞ daha əvvəl Qvatemala, Peru və Hondurasa qanunsuz miqrant göndərmək üçün hərbi təyyarələrindən istifadə edib.