Ukraynada sülh yalnız suverenliyi qorunacağı halda mümkündür.
“Agence France-Presse”-ə istinadən xəbərdə bildirilir ki, bunları Almaniya kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında deyib.
“Diktə olunmuş sülhə heç bir halda dəstək verməyəcəyik” – o deyib.
O eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında Avropanı zəiflədəcək hər hansı üsulun qəbul edilməyəcəyini açıqlayıb.
“Biz öz maraqlarımızı qoruyacaq və Ukraynaya dəstəyi davam etdirəcəyik”.
Kansler həmçinin ölkəsində keçiriləcək növbəti Parlament seçkisinə kənar müdaxilələrin yolverilməzliyindən də danışıb.
O. Şolts həmçinin Avropada söz azadlığı anlayışını şərh edib:
“Bizim regionda söz azadlığı anlayışı insanların bir-birini qanunvericiliyə zidd formada hədəfə almamasını özündə ehtiva edir”.