Şəfəqə Doğru » Gündəm » Aptekdən 5 min manatlıq oğurluq edilib

Aptekdən 5 min manatlıq oğurluq edilib

Aptekdən 5 min manatlıq oğurluq edilib

Yasamal və Nəsimi rayonlarında oğurluq edənlər saxlanılıb.

 DİN-ə istinadən yayılan xəbərdə bildirilir ki, Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonu ərazisində isə mağazadan 490 manatllıq məhsul oğurlayan 35 yaşlı Z.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır  
//apa