Biz 44 günlük Vətən müharibəsi zamanı kütləvi beynəlxalq dezinformasiya ilə qarşılaşdıq.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.
“Biz Azərbaycana qarşı geniş miqyaslı dezinformasiya kampaniyalarının şahidi olurduq. Azərbaycan kütləvi informasiya vasitələri təkcə dəqiq faktlar və məlumatlar təqdim etmirdilər, eyni zamanda Azərbaycana və onun xalqına qarşı qurulmuş bütün yalan sistemini dağıtmağa çalışırdılar. Biz peşəkarlıq, birlik və beynəlxalq əməkdaşlıq sayəsində dezinformasiyalara qalib gələ bildik”, - deyə Hikmət Hacıyev vurğulayıb// apa