Şəfəqə Doğru » Gündəm » Əməkdar müəllimin ölkədən çıxışına "stop" qoyulub -Borcu var

Əməkdar müəllimin ölkədən çıxışına "stop" qoyulub -Borcu var

Əməkdar müəllimin ölkədən çıxışına "stop" qoyulub -Borcu var
Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Məlumata görə, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353,19 manat vergi borcunun olmasıdır. 


İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsin üçün müraciət edilib. 

Məhkəmənin qərarı ilə 1972-ci ildə Bakı şəhərində аnаdаn оlmuş direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb // qaynarino