Şəfəqə Doğru » Gündəm » Uşaqlara quru çörək verildiyi iddia edilən bağçanın müdiri işdən uzaqlaşdırılıb

Uşaqlara quru çörək verildiyi iddia edilən bağçanın müdiri işdən uzaqlaşdırılıb

Uşaqlara quru çörək verildiyi iddia edilən  bağçanın müdiri işdən uzaqlaşdırılıb

Abşeron rayonunun Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma aparılıb.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi açıqlama yayıb (mia.az).

Bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edilir ki, sosial şəbəkədə sözügedən bağçada uşaqların səhər yeməyi zamanı quru çörək və su ilə qidalanması barədə video yayılıb.