Şəfəqə Doğru » Gündəm » Tanınmış iş adamı həbsxanada vəfat edib

Tanınmış iş adamı həbsxanada vəfat edib

Tanınmış iş adamı  həbsxanada vəfat edib

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan iş adamı Vahid Xələfov vəfat edib.

Oxu.Az "Teleqraf"a istinadən xəbər yayıb ki, o, oktyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Xələfov 14 il müddətinə azadlıqdan mərhum edilmişdi.

Məhkəmə iş üzrə zərərçəkmiş tərəf olaraq Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovu tanımışdı.

Vahid Xələfova qarşı Cinayət Məcəlləsinin 182.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

O, tikinti şirkətinin sahibi idi.