Şəfəqə Doğru » Gündəm » Romada araşdırmaçı jurnalistin avtomobili partladılıb

Romada araşdırmaçı jurnalistin avtomobili partladılıb

Romada araşdırmaçı jurnalistin avtomobili partladılıb

Romada italiyalı jurnalist Siqfrido Ranuççinin avtomobili partladılıb. Partlayış nəticəsində onun və qızının yaxınlıqda park edilmiş avtomobillərinə ciddi ziyan dəyib.

Oxu.Az saytının xəbərinə görə, bu barədə "Rai" dövlət televiziyasının araşdırma proqramının aparıcısı olan jurnalist özü məlumat verib.

Məlumata görə, paytaxtın cənubunda baş verən partlayış o qədər güclü olub ki, təkcə avtomobillərə deyil, yaxınlıqdakı binaya da ziyan vurub. Lakin heç kim xəsarət almayıb.

"Qızım özü partlayışdan bir az əvvəl oradan olub, o, həlak ola da bilərdi", - deyə jurnalist qeyd edib.

Siqfrido Ranuççinin fikrincə, hadisə yeni araşdırma proqramlarını elan etməsi ilə bağlıdır.

Partlayış yerində xüsusi təyinatlı polis bölmələri və yanğınsöndürənlər işləyir, bütün lazımi araşdırmalar aparılır. Jurnalistin sözlərinə görə, bombalar avtomobilin altına qoyulubmuş.

Paylaşılan videoda kapotu dağılmış avtomobil, eləcə də bir neçə metr aralı səpələnmiş çoxsaylı kiçik hissələr və predmetlər görünür. Ranuççi daha əvvəllər də proqram araşdırmalarının toxunduğu mövzulara görə dəfələrlə qalmaqallarla üzləşib.