Şəfəqə Doğru » Gündəm » Elm və təhsil naziri: “Müəllimimizin oturmağa yeri belə yoxdur”

Elm və təhsil naziri: “Müəllimimizin oturmağa yeri belə yoxdur”

Elm və təhsil naziri: “Müəllimimizin oturmağa yeri belə yoxdur”

“Məktəbdəki müəllimlər məni çox yaxşı başa düşəcək. Müəllimimizin oturmağa yeri belə yoxdur”.

Bunları elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

“Müəllimlər otağı nə deməkdir? Müəllim tez gələndə üst geyimini asdığı yerdir. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur.

Məncə, işçiyə aid bir iş otağının, iş masasının olması çox vacibdir. Müəllim dərsə harada hazırlaşsın?! Harada öz şagirdlərinin işlərini yoxlasın?! Hansı məkanda valideynlə görüşsün, söhbət eləsin?!

Buna görə də müəllimin rifahını yüksəldək deyəndə ilk növbədə maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik. Başqa niyyətimiz yoxdur”, - nazir qeyd edib.