Şəfəqə Doğru » Gündəm » Psixiatriya Xəstəxanasında korrupsiya iddiası- Maştağada əməliyyat

Psixiatriya Xəstəxanasında korrupsiya iddiası- Maştağada əməliyyat

Psixiatriya Xəstəxanasında korrupsiya iddiası- Maştağada əməliyyat

Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Unikal-a istinadla yayılan xəbərdə deyilir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.

E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib.

Qeyd edilir ki, 1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.