Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.
Yerli mediaya istinadən xəbərdə bildirilir ki, Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A.-nı döyüblər.
Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək, təcili tibbi yardım çağırıblar.
Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır // qafqazinfo
