Şəfəqə Doğru » Gündəm » "Arkoz Qazax Sement Zavodu" MMC-yə açıq məktub

"Arkoz Qazax Sement Zavodu" MMC-yə açıq məktub

"Arkoz Qazax Sement Zavodu" MMC-yə açıq məktub

  "Arkoz Qazax Sement Zavodu" MMC haqqında əvvəlki günlərdə  dərc edilən məqalələrdə heç bir qərəz olmadan, hər yazının sonunda qarşı tərəfi dinləməyə və mövzü ilə bağlı fikirlərini dərc etməyə hazır olduğumuzu açıqca bildirmişik. Bundan başqa bəzi məlumatları dəqiqləşdirmək üçün zavodun  Kadrlar şöbəsinin müdiri Turan Məmmədova zəng olunub. O, isə heç bir suala cavab verməyəcəyini, zavod daxili sirrin dövlət qurumları da daxil kimsə ilə paylaşılmadığını bildirmişdir. Daha sonra "Satınalmalar" şöbəsinin müdiri Ruslan Məmmədovla görüşülmüş və onun tabeliyində olan işlərlə bağlı bəzi iddiaları  cavablandırması xahiş olunmuşdur. O da T.Məmmədov kimi sualları cavabsız buraxaraq "məktub göndərin cavablasınlar" yada "gedin nə bilirsiniz edin" ifadəsini işlətmişdir. Bu isə KİV haqqında qanunun 8. (Kütləvi informasiya vasitələrinin məlumat alma hüqüqu) və 58. ( jurnalistə informasiya verilməsi üzərinə, qanunla qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək) maddəsini pozur.


Məqalələrimiz bizə daxil olan müraciətlər və iddialar əsasında araşdırılaraq (zavod daxilindən məlumatı dəqiqləşdirmək mümkün olmadığı üçün zavodda fərqli sahələrdə və bir-biriləri ilə yaxınlıq əlaqəsi olmayan şəxslərdən soruşularaq) yazılıb. Biz jurnalistlərin işi səsləndirilən və görünən problemləri əlaqəli qurumlara çatdırmaqdır.
Yenə bizə deyilənlərə görə zavoddan jurnalistlərə məlumatın verilməməsi direktor müavini Nahid Salehovun tapşırığıdır. Belə başa düşürük ki, bu qruplaşma əməllərini ört-basdır etmək üçün öncədən səslənən iddialar haqqında jurnalistlərə müsahibə verməməklə onların məlumatı operativ və tam dəqiq dərc etməməsində maraqlıdırlar. Sonradan isə şər-böhtan iddiası ilə Zavod adına məhkəməyə üz tuturlar. Biz Emin  Uçarın bu zavod daxilində olub-bitənlərdən  xəbərdar olmasına inanmasaq da bu olanlara laqeyd yanaşmasını və zavodun adını  alçaldanları araşdırmamasına təəcüblənirik. Guman edirik ki, bundan sonra da bizi heç bir qeyri-qanuni  marağımız olmadığı halda qərəzli göstərib suallarımızı cavablamayacaqlar. Bu qruplaşmadan bəzilərinin təhrikedici ismarıc göndərmələrinə baxmayaraq biz qanunlar çərçivəsində araşdırmamızı davam etdirib, qərəzsiz olaraq qarşı tərəfi dinləməyə və fikirlərini dərc etməyə hazırıq.

"Şəfəqə Doğru" redaksiyası