Şəfəqə Doğru » Gündəm » Azərbaycanlı güləşçi qızıl medal uğrunda mübarizə aparacaq

Azərbaycanlı güləşçi qızıl medal uğrunda mübarizə aparacaq

Azərbaycanlı güləşçi qızıl medal uğrunda mübarizə aparacaq

Bu gün Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatına yekun vurulacaq.

Yarışın son günündə Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) qızıl medal uğrunda final görüşünə çıxacaq.

O, həlledici qarşılaşmada iranlı Benyamin Mayvanla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə dünya çempionatının bürünc medalına sahib olublar // oxu.az