Şəfəqə Doğru » Gündəm » Bu il 30,2 min şəxsə əlillik dərəcəsi təyin edilib

Bu il 30,2 min şəxsə əlillik dərəcəsi təyin edilib

Bu il 30,2 min şəxsə əlillik dərəcəsi  təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edilib.

“Qafqazinfo”-nun xəbərinə görə, onlardan 12,8 min şəxsə ilkin, 17,4 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.