ABŞ yeni prezidenti Donald Trampla yeni dövrə qədəm qoydu. Bir çox siyasi ekspertlər Amerikanın, eləcə də dünyanın gələcəyinin müsbət olmayacağı haqqında çıxışlar edirlər. Gələcəyi görmə qabiliyyəti olan insanlar da eyni fikirdədir. Misal üçün, məşhur Vanqa 44-cü prezidentin ABŞ-ın son lideri olacağını, bundan sonra hər şeyin bir-birinə qarışacağını proqnozlaşdırmışdı.
Shafaqadogru.com xəbər verir ki, Amerikanın Nostradamusu ləqəbini qazanmış Cerald Selente də ABŞ-ın və dünyanın gələcəyi haqqında bədbin düşünür.
O, inqilabın olacağı və 1929-cu ildəki "Böyük depressiya”dan daha dəhşətli böhranın olacağını proqnozlaşdırır.
"Acların qiyamı olacaq, işsizlərin, evsizlərin, müflis olmuşların və kasıbların kütləvi etirazları başlanacaq”, - deyə Amerikanın Nostradamusu hesab edir.
O, aclığın baş alıb gedəcəyini deyir, hətta bayramlarda belə yeməyin tapılmayacağını proqnozlaşdırır:
"Mən təkcə onun demirəm ki, insan əti yeyiləcək. Həm də onu görürəm ki, Milad bayramında hansısa yeməyi tapmaq ən yaxşı hədiyyə olacaq”.
Cerald bunları deyəndə çoxları ona dəli, yaxud manyak olaraq baxırdı. Lakin onun proqnozlarına ABŞ KİV-nin yanaşması maraqlıdır.
CNN: "Biz nə vaxt əsas tendensiyaları bilmək istəyiriksə, Cerald Seleynteyə müraciət edirik”.
CVNC: "Cerald Selente qədər yaxşı proqnozçu yoxdur. Bu adam nə haqda danışdığını yaxşı bilir”.
Nyu-York Post: "Nostradamus sağ olsaydı çətin ki, Cerald Selente ilə ayaqlaşardı”.
"The Wall Street Journal”: "Kimə ciddi proqnoz lazımdırsa, Trendlərin Tədqiqatı İnstitutuna (Cerald Selentenin rəhbərlik etdiyi qurum-red) müraciət edir”.
C. Selenta Trendlərin Tədqiqatı İnstitutuna 1980-ci ildən rəhbərlik edir. İnstitut əsasən iqtisadi analitiklərlə çıxış edir, həmçinin, aylıq jurnal dərc edir. Vaxtilə o, SSRİ-nin dağılacağını qabaqcadan xəbər verirdi. Həmçinin, 1987-ci ildə maliyyə böhranını, 1997-ci ildə Asiyada valyuta böhranını və 2008-ci ildə dünya maliyyə böhranını da öncədən açıqlamışdı.
Vaxtilə o, İran İslam İnqilabını da öncədən xəbər vermişdi. Heç kim İran şahının devriləcəyini düşünmürdü, lakin Cerald 1979-cu ildə inqilabın baş verəcəyini açıqladı. Ardınca da bütün pullarını qızıl və neft birjasına yatırdı. Beləliklə, o inqilabdan sonra böyük pullar qazandı.
Yeri gəlmişkən, Selente nadir analitiklərdən biri idi ki, Trampın qələbə qazanacağını proqnozlaşdırırdı.
Selente Obamanın gedəcəyini hələ 2012-ci ildə proqnozlaşdırmışdı. Lakin bu doğru çıxmadı. Hərçənd, çoxları onun ABŞ-ın gələcəyini düzgün gördüyünü, sadəcə olaraq vaxtla bağlı yanlışlığa yol verdiyini hesab edir.
Artıq ABŞ-da mitinqlər və nizamsızlıq başlayıb. Bu ölkənin gələcəyi həyəcanlıdır.