Şəfəqə Doğru » Gündəm » Rusiyada azərbaycanlı avtoritetlər saxlanıldı – FOTO + YENİLƏNİB

Rusiyada azərbaycanlı avtoritetlər saxlanıldı – FOTO + YENİLƏNİB

Rusiyada azərbaycanlı avtoritetlər saxlanıldı – FOTO + YENİLƏNİB


Ağayarın Azərbaycan diasporunun nəzarətçisi elan edilməsi planlaşdırılırdı.

Bu gecə Yekaterinburqda avtoritetlərin kriminal "sxodkasında” iştirak edən 200-ə yaxın azərbaycanlı yaxalanıb.  

Shafaqadogru.com  TASS-a istinadən xəbər verir ki, polislər saxlanılma əməliyyatının FTX əməkdaşlarının iştirakı ilə kafelərin birində həyata keçiriblər.

KİV-in məlumatına görə, toplaşanlar Ağayarı Azərbaycan diasporunun nəzarətçisi elan edilməsi planlaşdırılırdı.

"Xüsusi əməliyyatın aparıldığı kafeyə baxış zamanı hüquq-mühafizə orqanı əməkdaşları narkotikə oxşayan maddə, eləcə də bıçaq, dəyənəklər aşkar ediblər”, - DİN region üzrə Dövlət İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıx bildirib.  

"Ağayar yubileyinin qeyd edilməsi bəhanəsi ilə Yekaterinburqdakı yerlilərini Kosmanavtı prospekti 134-də yerləşən kafeyə dəvət edib. Burada o, özünü Azərbaycan diasporuna nəzarətçi elan etmək fikrində idi. Dəvəti Pervouralskdan Əli, XMMV-dan Cumanşir, Kamışlovdan Vaqif qəbul edib, Permdən də avtoritetlər gəlib. Bu gün tədbiri keçirmək niyyətində olublar”, - mənbə "URA.Ru” portalına bildirib.

Məlumata görə, saxlanılanların hamısı DİN Sverdlovsk vilayəti üzrə Dövlət İdarəsinin mütəşəkkil cinayətlə mübarizə bölməsinə gətiriliblər. Hadisə yerinə Azərbaycan konsulluğunun əməkdaşları gəlib. Azərbaycan diasporunun nümayəndələrinin sözlərinə görə, saxlanılan şəxslərin hamısının barmaq izləri götürülüb. Saxlanılan zaman silah, bıçaq, narkotikə oxşayan maddələr müsadirə edilib. Yoxlama və izahatların alınması prosesi gedir.  

10:27

Yekaterinburqda azərbaycanlıların kriminal "sxodkası”nın qarşısı alınıb.

shafaqadogru.com  Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 30-da axşam Rusiya FTX və Mütəşəkkil cinayətlə mübarizə idarəsinin əməliyyatçıları Yekaterinburqda Kosmanavtı küçəsindəki kafedə əməliyyat keçiriblər. 

Əməliyyat nəticəsində kafedə olan 160-dan çox adam saxlanılıb, onların əksəriyyəti Yekaterinburqa Sverdlovsk, Perm və Rusiyanın bir sıra digər şəhərlərindən gələn azərbaycanlılar olub. 

Onların hamısı mütəşəkkil cinayətlə mübarizə bölməsinə gətiriliblər. 

 "Kafeyə baxış zamanı əməliyyatçılar böyük sayda kontrafakt spirtli içkilər müsadirə ediblər”, - Rusiyanın DİN Sverdlovsk vilayəti üzrə Dövlət İdarəsinin mətbuat katibi Valeri Qorelıx bildirib. 

Hüquq-mühafizə orqanı əməldaşlarının məlumatına görə, "sxodka” avtoritetlərdən birinin Azərbaycan diasporuna gələn maliyyəni nəzarət altına almaq istəyən Ağayar adlı şəxsin ad günü münasibəti ilə təşkil edilib.

 

www.oxu.az