Şəfəqə Doğru » Gündəm » Ağstafada yeni avtomobil yolları istifadəyə verildi – FOTO

Ağstafada yeni avtomobil yolları istifadəyə verildi – FOTO

Ağstafada yeni avtomobil yolları istifadəyə verildi – FOTO
9,5 km uzunluğunda Soyuqbulaq-Tinglik yolu
yenidən qurularaq istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. O cümlədən Ağstafa rayonunda magistral avtomobil yolları ilə yanaşı, rayonun yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları da tamamilə yenidən qurulur. Belə ki, son illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq uzunluğu 7,5 km olan Poylu-Xətai-Yenigün-Aşağı Göycəli, rayon mərkəzini Ağstafaçay çayının sol sahili ilə 8 yaşayış məntəqəsi və Qazax rayonunu ilə əlaqələndirən Poylu-Düzqışlaq-Kolayır avtomobil yolları, 60 km uzunluğunda Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu tamam ilə yenidən qurularaq istifadəyə verilmişdir. 

Bir neçə gün öncə isə uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq, ümumi uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər və Eynallı-Qırılı, 9.8 km uzunluğa malik Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan avtomobil yollarının ardınca 9,5 km uzunluğu olan Soyuqbulaq-Tinglik yolu da əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Bu avtomobil yolunun istifadəyə verilməsi münasibəti ilə də Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, inşaat - mühəndis işçiləri, eləcə də həmin yaşayış məntəqələri üzrə yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş mərasim keçirilib. 

Tədbirdə çıxış edənlər sırasında yerli ictimaiyyətin nümayəndələri Elxan Mustafayev, Mahir Tomayev və digərləri ümumilikdə Ağstafa rayonun yol-nəqliyyat sisteminə göstərdi yüksək diqqətə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, orada yaşayan əhali nəinki rayon mərkəzinə gedib-gəlməkdə, həmçinin yaxın kəndlərdə yaşayan yaxınlarını və qohumlarını ziyarət etməkdə də böyük çətinliklər çəkirdilər. 

Sonda tədbir iştirakçıları yola baxış keçirdilər.

Ağstafada yeni avtomobil yolları istifadəyə verildi – FOTO
Ağstafada yeni avtomobil yolları istifadəyə verildi – FOTO
Ağstafada yeni avtomobil yolları istifadəyə verildi – FOTO
Ağstafada yeni avtomobil yolları istifadəyə verildi – FOTO