Şəfəqə Doğru » Gündəm » Şəmkirdə oğurluq edən şəxs saxlanılıb

Şəmkirdə oğurluq edən şəxs saxlanılıb

Şəmkirdə oğurluq  edən şəxs saxlanılıb
Şəmkir rayonunda evdən pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

Məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərin birindən 4700 ABŞ dolları və 200 manat, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İpəkyolu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Süleymanov saxlanılıb.