Çingiz Baxşıyev sərhədləri aşan müdhiş biznes əlaqələrini gizlətmək üçün Rövşən Əhmədovu həbs etdirib; məmurun əmlaklarının şok siyahısı!
Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyev mətbuatın gündəminə evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gəldi. Məlum oldu ki, nazirin müşaviri Rövşən Əhmədov adlı birini evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb, ondan hüquq mühafizə orqanlarına şikayət yazıb. Rövşən Əhmədov məmurun ərizəsi əsasında həbs olunandan sonra onun vəkili Adəm Məmmədov mətbuata açıqlama verərək müvəkkilinin özünün çəkisinin 50 kiloqram olduğunu deməklə Çingiz Baxşıyevin ərizəsində göstərdiyi məlumatların yalan olduğunu ortaya qoydu.
Yəni adamın 50 koloqram çəkisi varsa, özü ağırlığında qızılı mənzildə necə aparıb?
Apardığımız araşdırma nəticəsində öyrəndik ki, Çingiz Baxşıyevlə Rövşən Əhmədov yaxın qohumdurlar. Eks müşavirin həbsə aldırdığı şəxs onun doğmaca xalası oğludur və həbsin motivləri də məhz bu qohumluq əlaqələrindən doğan münasibətlərə söykənir. Belə ki, Rövşən Əhmədov xalası oğlunun çox mübhəm sirrlərinə vaqifdir. Rövşən Əhmədovun həbsə atılmasında da bu amil həlledici rol oynayıb.
Apardığımız araşdırma zamanı öyrənmişik ki, Çingiz Baxşıyev müşavirliyi aysberqin görünən hissəsidir. Əslində bu məmurun üzdə olmayan, heç yerdə qeyddiyyatda olmayan, qanuniliyinə böyük şübhələr olan çox böyük dövriyyəsi olan biznesi var. Həmin biznesin hərəkətli fiquru isə Rövşən Əhmədov olub. Ç.Baxşıyevin şübhəli biznesində apar-gətir işləri ilə məhz o, məşğul olub. Gecəyarısı Rövşən Əhmədovu yanına çağıran Çingiz Baxşıyev ona içində pul və ya digər maddələr olması ehtimal olunan bağlamalar verib və konkret ünvanlara aparıb çatdırmasını tapşırıb. Xalası oğlunun tapşırıqlarını canla-başla yerinə yetirən R.Əhmədovdan həmin bağlamaları tanımadığı şəxslər alıb. Həmin qaydada da R.Əhmədova içində nə olması bilinməyən bağlamalar verilib. Ç.Baxşıyevin göstərişi ilə R.əhmədov həmin bağlamaları evində saxlayıb, verilən tapşırıqlara uyğun ünvanlara çatdırıb. Günlərin birində isə R.Əhmədov apar-gətirdən bezdiyini, sakit həyat sürmək haqda qərar verib. Bu qərarı açıqlayandan sonra isə xalası oğlu ona ölkədən getmək haqda təklif edib. Deyib ki, astronomik bir əmək haqqı qarşılığında Iran, Dubay və ya Qırğızstanda yaşayıb işləri davam etdirməlidir. Təklif olunan aylıq əmək haqqı 500 min dollar olub. R.Əhmədov gördüyü işlərin təhlükəli ola biləcyi ehtimalını, öldürülə biləcəyini xalası oğluna dedikdən sonra qara günləri başlayıb. Ç.Baxşıyev sirlərini xırdalıqlarına qədər bilən xalası oğlunu xeyli dilə tutmağa, özündən kənarlaşmasına imkan verməməyə çalışıb. Buna nail olmadıqda isə 50 kiloqram qızılın oğurlanması ərizəsi ortaya çıxıb. R.Əhmədov bu gün həbsdədir və onun öldürülməsi planının varlığı haqda ölkə rəhbərliyinə vəkili vasitəsi ilə məlumat ötürülüb.
Bəs Çingiz Baxşıyevdə 50 kiloqram qızıl haradandır?
Kimdir bu adam? Bu qədər qızılı hansı pulla, hansı gəlirlə əldə edib? Onun xalası oğluna təklif etdiyi 500 min dollarlıq iş hansı biznes sahəsini əhatə edir?
Çingiz Baxşıyevin kimliyini araşdırarkən öyrəndik ki, o, Azərbaycana Qırğızıstandan gəlib. 2002-ci ildə Bakıda "Nizami” metro stansiyasının yaxınlığında 1 otaqlı mənzil alıb. 2003-cü ildə Avtonəqliyyat Dövlət Konserni ləğv olunub və bazasında Avtonəqliyyat servis departamenti yaradılıb. Ç.Baxşıyevi həmin departamentə rəis təyin ediblər. Həmin vaxt Ç.Baxşıyev departamentin arxiv materiallarını ələ keçirməyə başlayıb. Nəqliyyat Nazirliyi yaradılandan sonra departament qurumun tabeçiliyinə verilib. Artıq həmin dövrdə Ç.Baxşıyev departamentin rayonlarda olan torpaq sahələrini özəlləşdirməyə başlayıb. Bu gün həmin torpaq sahələri Çingiz Baxşıyevin oğlu, hazırda xaricdə yaşayan, heç bir yerdə işləməyən, diplomatik pasporta sahib Nəriman Baxşıyevin adına rəsmiləşdirilib.
Əmlaklara dair məlumatları təqdim edirik:
1.Qobustan rayonu, Təklə kəndindəki "Qaraağıl” qışlağında ümumi sahəsi 954.0 hektar olan torpaq sahəsi (Rövşən Əhmədovun adına rəsmiləşdirilib)
2.Salyan şəhəri, Davudzadə küçəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi (vaxtilə poliklinika olub, Rövşən Əhmədovun adına rəsmiləşdirilib) Teref.info-da olan sənədlərə əsasən bu poliklinika arvadı arvadı Baxışova Dostugül Ağagül qızının adına özəlləşdirilib.
3.Salyan rayonu, Çuxanlı kəndində mərmər sexinin tikintisi üçün nəızərdə tutulan 4 hektar torpaq sahəsi
4.Salyan rayonu, Çuxanlı kəndində mərmər sexinin tikintisi üçün nəızərdə tutulan 2 hektar 10 sot hektar torpaq sahəsi
5.Bakı şəhəri, Səbayel rayonu, Neftçilər prospekti 93 nömrəli binada 4 otaqlı mənzil.
6.Xaçmaz rayonu, Tel kəndində 5 hektar torpaq sahəsi
7.Xaçmaz rayonu, Ləcət kəndində 3 hektar torpaq sahəsi
8.Xaçmaz rayonu, Yalama kəndində 1 hektar 38 sot torpaq
9.Abşeron rayonu, Növxanə kəndində 1541 saylı, ümumi sahəsi 10 sot olan torpaq sahəsi
10.Abşeron rayonu, Məhəmmədi kəndində 1 hektar 25 sot torpaq sahəsi
11.Abşeron rayonu, Məhəmmədi kəndində 6 hektar 80 sot torpaq sahəsi
12.Abşeron rayonu, Məhəmmədi kəndində 3 hektar 54 sot torpaq sahəsi
13.Abşeron rayonu, Məhəmmədi kəndində 1 hektar 68 sot torpaq sahəsi
14.Xaçmaz rayonu, Yalama kəndində 52 sot torpaq sahəsi
Çingizin Baxşıyevin əmlaklarının bir hisəsi həyat yoldaşının xalası qızı Səyyarə və həyat yoldaşı Fuadın adına rəsmiləşdirlib.
Çingiz Nərimanoviç Baxşiyevin öz adına, oğlu Nəriman Çingizoviç Baxşiyevin adına, kürəkəni və qızının adına olan mal, mülkqünün siyahısını və bu mal mülkün bir hissəsinin sənədlərini aşağıdakı linklərdə tanış ola bilərsiniz.
https://teref.info/karusel/23875-ogurlanmish-50-kq-qizil-ve-ya-hansisa-qaranliq-meqamlari-perdelemeye-cehd-ttham.html
https://teref.info/manset/24497-50-kq-qizili-ogurlanan-memurun-serveti-ashib-dashir-fotofaktsenedler.html
Teref.info
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.