Təhsil və Maliyyə Nazirliklərinin Beyləqan rayon təhsil şöbəsində apardığı yoxlamalarda məlum olub ki, Tofiq Sadıqov dövlətə nə az, nə də çox, düz 61 min manat ziyan vurub
Korrupsiyada ittiham olunması Regional Təhsil Şöbəsinə müdir getmək istəyən Tofiq Sadıqovun yolunda əsas əngəl olaraq ortaya çıxıb.
Beyləqan rayon təhsil şöbəsindəki mənbənin AzMedia.info-ya verdiyi məlumata görə Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov indiyə kimi 380 müəllimin adına artırılmış əmək haqqı yazdırıb. Bu əmək haqqılarının yarısı müəllimləimlərin işlədiyi məktəb direktorlarına çatıb, yerdə qalan hissə isə Tofiq Sadıqova şəxsi büdsəsinə daxil olub. Yoxlamalar nəticəsində məlum olub ki, Tofiq Sadıqov təkcə şişirdilmiş dərs saatlarından ötən il dövlətə 61 min manat ziyan vurub.
Məlumatlı mənbə qeyd edir ki, əslində maliyyə müfətişləri Toiq Sadıqovla anlşaraq onun dövlətə vurduğu ziyanı azaldıblar. Çünki illərdir ki, bir çox məktəbin yüzlərlə müəlliminin əmək haqqısı şişirdilmiş dərs saatı adı altında çoxaldılıb. Gələcəkdə pensiya almaq üçün şişirdilmiş dərs saatına razılıq verən müəllimlərində vəziyyətinin çətinləşdiyi deyilir. Çünki dərs saatlarının şişirdilməsi və dövlətdan hər ay alınmış külli miqdarda vəsaitləri üstü açılsa o zaamn artıq əməkhaqqı alan müəllimlərin və həmçinin Tofiq Sadıqovun ciddi şəkildə cəzalandırılacaqları gözlənilir.
Mənbəmiz bu məsələnin əsas günahkarının Tofiq Sadıqov olduğunu və illərdir saxta dərs adı ilə dövlətdən külli miqdarda vəsait sildiyini deyir. Beyləqan təhsilində hər kəs yaxşı bilir ki, bu sistemi tətbiq edən Tofiq Sadıqovdur. Məhz onun bu sistemi sayəsində 20 ilə yaxındır ki, dövlətə bəlkə də milyon manatlara ziyan vurulub.
Məlumatlı mənbə həmçinin iddia edir ki, yoxlamalar zamanı dövlətə külli miqdarda ziyan vurulduğu aşkarlansa da, hazırda yenə də bir çox kənd məktəblərində şişirdilmiş dərs saatları mövcuddur və əlavə əmək haqqını məktəb direktorlaı ilə Tofiq Sadıqov birlikdə mənimsəyirlər. Mənbəmiz aparılan yoxlama bu faktın üstünün açıldığını lakin Tofiq Sadıqovun rüşvət verərk məsələni ört basdır etmək istədiyini bildirir.
Mənbə bildirir ki, daha əvvəllər Tofiq Sadıqovun prokurorluq orqanlarının onun böyük korrupsiyasısına qarışmaması üçün rayon prokuroru Azər Osmanovla anlaşıb. Görünür dövlət büdcəsinin talanması Beyləqan rayon prokurorunun da işinə yarayır. Çünki prokurorun Tofiq Sadıqovun cinayət əməllərinə elə belə göz yumması heç də inandırıcı deyil. Olduqca böyük imkanlara sahib Tofiq Sadıqov illərdir dövlətin milyonlarını mənimsəyir.
Mənbəmiz qeyd edir ki, maliyyə yoxlamalarından sonra ortada üzə çıxan 61 min manat məsələsini ört basdır etmək istəyən Tofiq Sadıqov hərəkətə keçib. Nazirliyin yoxlaması isə ört basdır edilən məsələlərdən sonra heç cürə gizlədə bilmədikləri 61 min manatlıq korrupsiya faktını prokurorluğa verməkdən başqa çarə tapmayıblar. Amma Beyləqan rayon təhsil şöbəsinin müdiri bu məsələnin də Azər Osmanovun idarəsinə getməsini istəmir. Çünki korrupsiyada ittiham olunması Regional Təhsil Şöbəsinə müdir getmək istəyən Tofiq Sadıqovun yolunda əsas əngəl olaraq ortaya çıxıb. Lakin belə çıxır ki, Beyləqanın təhsil şöbəsinin müdiri korrupsiya qarşı mübarizə kampaniyasının növbəti qurbanı olacaq.
Tofiq Sadıqovun Regional Təhsil Şöbəsinə müdir olması üçünsə rüşvət vermək imkanları həddindən artıq genişdir. Çünki 20 ildən artıq Beyləqan rayon təhsil şöbəsinin müdiri olan Tofiq Sadıqovun 20 illik "tender bazarı”ndan, şişirdilmiş dərs saatlarından və s. maliyyə maxinasiyaları ilə dövlət büdcəsindən milyonlar mənimsəyib.
Qeyd edək ki, bu barədə daha ətraflı məlumatla oxucularımız növbəti yazımızda tanış olacaqlar.