2019-ci ilin dövlət büdcəsind Milli Məclisə əlavə 10,1 milyon manat vəsait artırılır.
Bizimyol.info-a istinadən shafaqadogru.com xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov parlamentin iclasında məluma verib.
Vəsait Milli Məclisin saxlanması xərclərinə əlavə olaraq ayrılıb.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdu.