Şəfəqə Doğru » Gündəm » Azərbaycanda DƏHŞƏT: 2 qadın amansızlıqla öldürüldü

Azərbaycanda DƏHŞƏT: 2 qadın amansızlıqla öldürüldü

Azərbaycanda DƏHŞƏT: 2 qadın amansızlıqla öldürüldü
Ötən gün Cəlilabad rayonunda qətl törədilib.

Shafaqadogru.com  publika.az-a istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində yaşayan 1987-ci il təvəllüdlü Cəfərova Arzu Rafət qızı özündən 5 yaş kiçik qardaşı Hikmət Sadıqov tərəfindən çoxsaylı bıçaq zərbələri ilə öldürülüb.

Bildirilir ki, hadisə bacı və qardaşının yaşadığı evdə baş verib. 27 yaşlı oğlan 32 yaşlı bacısını qısqanclıq zəminində öldürüb və artıq tutularaq istintaqa təhvil verilib.

Oxşar hadisə Abşeron rayonu Qobu qəsəbəsində də baş verib. Dünən axşam saatlarında qəsəbədə yaşayan 1973-cü il təvəllüdlü Məmmədova Əqidə Mirzə qızı evdə naməlum şəxs tərəfindən amansızlıqla öldürülüb. Hazırda qətlin kim tərəfindən törədilməsi araşdırılır.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.