Şəfəqə Doğru » Gündəm » Deyirlər qar yağacaq...

Deyirlər qar yağacaq...

Deyirlər qar yağacaq...
Sabah Bakıda yağış yağacaq. Bakıda və Abşeron yarımadasında martın 11-də gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq. 

Məlumat üçün bildirik ki, bir neçə gündə rayonlarda və payataxtda havanın temperaturu nisbətən yüksək olub. Havanın temperaturu rayonlarda 15-20 dərəcəyə kimi qalxıb.