Şəfəqə Doğru » Gündəm » Putindən xanım jurnalistə: Sizi tatamidə gözləyirəm

Putindən xanım jurnalistə: Sizi tatamidə gözləyirəm

Putindən xanım jurnalistə: Sizi tatamidə gözləyirəm
Rusiya Prezidenti Vladimir Putin və amerikalı xanım jurnalist arasında maraqlı və bir o qədər də gözlənilməz dialoq yaşanıb.

Shafaqadogru.com xəbər verir ki, Sankt-Peterburqda baş tutan Beynəlxalq İqtisadi Forumda "Blumberq”in müxbiri Rosalind Mathison Putinə Tay boksu ilə məşğul olduğunu bildirib. Lakin o, prezidentlə rinqə çıxmağa cürət etmədiyini də əlavə edib.

Putinin isə xanım jurnalistə cavabı özünəməxsus olub.

Kreml rəhbəri onunla rinqə çıxmaq istəmədiyini vurğulayıb:

"Sizinlə boks rinqində qarşı-qarşıya gəlmək istəməzdim. Bunun səbəbi qadın olmağınız deyil. Hər kəsin öz sahəsində qalmalı olduğuna inandığım üçün bunu etməzdim. Həm də mən heç bir zaman boksla məşğul olmadım.

Lakin istəyirsinizsə, sizi tatamiyə dəvət edə bilərəm. Sizinlə orada çalışmağa hazıram. Lakin əmin olun ki, cüdoda sizinlə müqayisədə üstünlüklərim var”.