Şəfəqə Doğru » Gündəm » Putindən təklif: "Türkiyə G7-yə daxil edilsin"

Putindən təklif: "Türkiyə G7-yə daxil edilsin"

Putindən təklif: "Türkiyə G7-yə daxil edilsin"

"Türkiyə, Çin və Hindistan ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Kanadanın üzv olduğu "Yeddilər qrupu" (G7) kimi daha geniş ölkələr qrupunun parçası ola bilər".

Shafaqadogru.com türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin Vladivostoktaki Şərq İqtisadiyyat Forumundakı çıxışında söyləyib.

Putin sözlərinə belə davam edib: "Bu yaxında görüşdüyüm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, niyə Türkiyənin də G7-də yer almadığı məsələsini gündəmə gətirmədiyimi soruşdu. "S-400"lərin qəbulundan sonra Türkiyənin hava məkanını etibarlı bir şəkildə qoruyacağını düşündükdə, beynəlxalq məsələlər və bölgədəki rolu nəzərə alındıqda, Türkiyənin işlərinə belə bir formatda ehtiyac duyulacaq".