Şəfəqə Doğru » Gündəm » Vidadi İsayev Bərdədə büdcə pullarını kimlərlə bölüşür?

Vidadi İsayev Bərdədə büdcə pullarını kimlərlə bölüşür?

Vidadi İsayev Bərdədə büdcə pullarını kimlərlə bölüşür?
Son zamanlar Azərbaycan əyalətlərindəki bəzi "balaca padişah"lardan gələn şikayətlər artmaqdadır. Belə rayonlardan biri də Bərdədir. Bərdə Azərbaycanın, xüsusilə də Qarabağ əhalisi üçün əsas mərkəz rolunu oynayır. Bu rayonda xeyli sayda məcburi köçkün yaşayır.

Bərdə rayonundan, xüsusilə də icra başçısı Vidadi İsayevdən olan şikayətlər son zamanlar mediada daha çox yayılmağa başlayıb. Shafaqadogru.com anazeber.info-ya isdinadən ,yayılan məqaləni qısa ixtisarla təqdim edir. Yazı müəllifi məqaləsində Bərdədəd dövlət büdcəsindən ayrılan vəsaitlərin necə talan edilməsinə dair bir sıra faktlar ortaya qoyr.

Bərdənin "Günəş” ləqəbli hökmdarı olan Vidadi İsayevin rayonu zülmətə çevirməsi real faktlarda öz əksini tapır deyə yazan müəllif daha sonra vəsitlərin necə talan olunmasına diqqət çəkir:

- Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi "Amil-Tərtər” MMC-yə bərk inventarlar üçün 13997, yumşaq inventarlara 8710 manat ayırıb.

Bərdə Rayon İcra Hakimiyyəti "Şahbulaq Ltd” MMC cari təmir işləri 9000.00, dəftərxana və təsərrüfat malları 8290.00 manat peşkəş edib. Yəni, heç bir iş görülmədən MMC-lərin əli ilə büdcə pullarını mənimsəmək faktları yetərincədir, siyahı uzundur, müvafiq orqanlara təqdim edə bilərik.

Məsələn, "İNPEKS.N” MMC-nin heç də sıradan bir şirkət olmadığı aydınlaşır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13, mənzil 34 olan şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur. Qısa bir araşdırma apararkən bəlli olur ki, "İNPEKS.N” MMC qeydiyyatdan keçdiyi il iki satınalma həyata keçirib.

Digər diqqət çəkən məqam ondan ibarətdir ki, şirkət ən müxtəlif işləri görməklə yanaşı, elə fəaliyyətləri də icra edib ki, bunun üçün xüsusi uyğunluq sertifikatı tələb olunur. Amma "İNPEKS.N” MMC-nin belə sertifikata malik olması ilə bağlı hər hansı məlumat yoxdur

Amma nə "İNPEKS.N” MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir açıq məlumat bazasında məlumat var.

Şirkətin yerləşdiyi hüquqi ünvanın telefon nömrəsi isə məxfidir. Amma şirkət Vidadi İsayevin günəşidir, ayıdır, bütün işləri onunla həyata keçirib.

Daha sonra bir sıra ciddi narazılıqları təqdim edən Anaxeber.info yazır ki, şəhid xanımı Yasəmən İsmayılovanı dəfələrlə qəbuluna getməsinə baxmayaraq, qapıdan qovan, polislə təhdid edən, şəhid Dilqəmin qardaşının evini başına uçurdan, şəhidin adının Kəltəparan kəndində əbədləşdirmək üçün atasından 3 min manat rüşvət istəyən də Vidadi İsayev olub.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hsazırıq.