"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa, aça bildi".
Shafaqadogru.com xəbər verir ki, bunu Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev sosial şəbəkədəki səhifəsində yazıb.
Bildirib ki, atası artıq hər iki gözünü də açmağa başlayır: "Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".