Şəfəqə Doğru » Gündəm » Yumurtanın qabığını atmayın!

Yumurtanın qabığını atmayın!

Yumurtanın qabığını atmayın!

Bir çoxlarımız yumurta qabığının heç bir işə yaramadığını düşünərək zibilə atırıq. Lakin aparılan araşdırmalar bunun əksini göstərir. Sümüklərimizin möhkəm olması üçün lazımı qədər kalsium almağımız mütləqdir.  Bəs, yumurta qabığının 95 faizinin kalsiumdan ibarət olduğunu bilirdinizmi?  SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dietoloq Gülhan Koca yumurta qabığının faydaları və onun qəbulu haqqında məlumat verib. 

Sümüklərinizin güclü olmasında kalsiumla yanaşı D və K vitamini mühüm rola malikdir.

Sümüklərin formalaşması üçün ən yaxşı kalsium mənbələri süd və süd məhsulları hesab olunur.  Qidalar vasitəsilə yalnız 30-40 faiz kalsium ala bilərik.

Gündəlik 3-4 boşqab süd və süd məhsullarının qəbul etməklə kalsium ehtiyacımızı qarşılaya bilərik.

 

Lakin yumurta qabığında kalsiumla yanaşı maqnezium, mis, dəmir, manqan , molibden, kükürd , silikon, sink və  digər 27 qida elementi var. Bu tərkib insan sümük və diş quruluşu tərkibinə çox bənzəyir.

Yumurta qabığı və D3 vitamini ilə aparılan təcrübələrdə sümüklərin möhkəmlənməsi müşahidə olunub.  Bu səbəblə də yumurta qabığı osteoporoz ( sümük əriməsi xəstəliyi ) riskini azaltmaq , eləcə də  kalsium qaynağı olaraq gündəlik bəslənməyə əlavə oluna bilər.

Lakin yumurta qabığından necə istifadə etmək olar?

Yumurta qabığının bol kalsiuma malik olması üçün onu yumurtlayan toyuğun bəslənməsinə fikir verməliyik. Düzgün şəkildə bəslənməyən toyuğun yumurtasından istədiyimiz elementləri ala bilmərik.

Buna görə də sərbəst gəzişən quşların ( toyuq , qaz, ördək ) yumurtasından istifadə edilməlidir.

Salmonella bakteriyası riski ilə üzləşməmək üçün yumurta yaxşı qaynadılması, sonra soyularaq blenderlə toz halına gətirilməlidir. əldə olunan yumurta qabığı tozunu şüşə qabda sərin və quru yerdə saxlaya bilərsiniz.

Orta boy yumurta qabığından 1 çay qaşığına qədər yumurta tozu əldə etmək mümkündür. Bu da özündə  təxminən 800 mg kalsium ehtiva edir. Kalsium çatışmazlığından əziyyət çəkən hər kəs qidalardan alınan kalsiumla yanaşı əldə olunan yumurta qabığı tozunu qəbul etməlidir.

Lakin unutmayaq ki, kalsiumun həddindən artıq qəbulu da müəyyən problemlər yarada bilər. Ona görə də kalsium əldə etmək üçün bu vasitə ilə yanaşı banan və digər qidaları da  qəbul etmək lazımdır.